Ermənilərin yarısı Aİ-yə daxil olmağı istəyir | VİDEO

   Ermənilərin yarısı Aİ-yə daxil olmağı istəyir    | VİDEO
  22 İyul 2025    Oxunub:618
Ermənistanda respondentlərin 49%-i referendum keçiriləcəyi təqdirdə Avropa İttifaqı (Aİ) üzvlüyünə səs verəcəklərini bildirib.
AzVision.az xəbər verir ki, Ermənistanın Beynəlxalq respublika institutunun (BRİ) keçirdiyi sorğunun məlumatlarına əsasən, bundan üç dəfə az respondent – 15% Aİ-yə üzvlüyün əleyhinə çıxıb. Rəyi soruşulanların 31% -i səsvermədə iştirak etməyəcəyini, 5% isə cavab verməkdə çətinlik çəkdiyini bildirib.

Maraqlıdır ki, sorğunun nəticələri Ermənistan vətəndaşlarının 61%-nin heç bir siyasi xadimə etibar etmədiyini aşkarlayıb.

İrəvan Brüsselə sadiq olduğunu iddia edir
Respondentlərin 12 faizi Ermənistanın baş naziri Nikol Paşinyanı, 4 faizi keçmiş prezident Robert Köçəryanı, 2 faizi Xarici İşlər naziri Ararat Mirzoyanı, 1 faizi isə parlamentin sədri Alen Simonyanı və “Respublika” partiyasının rəhbəri Aram Sarkisyanı dəstəkləyir.

Xatırladaq ki, aprelin 4-də Ermənistan prezidenti Vaaqn Xaçaturyan respublikanın Aİ-yə daxil olması prosesinin başlanması haqqında qanun imzalayıb. Bundan əvvəl Paşinyan bildirib ki, bu, İrəvanın icmaya qoşulması prosesinin avtomatik başlaması demək deyil, çünki bu məsələ referendum tələb edir.

Eyni zamanda, İrəvanın Aİ ilə apardığı ikibaşlı oyunlardan narazı olan Moskva Ermənistanı çətin gələcək gözlədiyi barədə dəfələrlə xəbərdarlıq səsləndirib.


Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Ermənistan    



Xəbər lenti